• cümə axşamı, 28 mart, 23:32
  • Baku Bakı 13°C

Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

16.09.21 15:09 288
Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
Bu ilin 7 ayı ərzində Azərbaycanda 42134 ölüm halı qeydə alınıb.
Dövlət Statistika KomitəsindənKaspi.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,2 təşkil edib.
Qeyd olunan müddət ərzində isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64149 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.
Ümumilikdə ölkə əhalisinin sayı ilin əvvəlindən 23259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10142392 nəfərə çatıb.
Qeyd edək ki, 2020-ci ilin 7 ayında Azərbaycanda 37,426 min ölüm halı qeydə alınmışdı.
banner

Oxşar Xəbərlər