• cümə, 19 Aprel, 05:18
  • Baku Bakı 18°C

Bu il Azərbaycana gələn turistlərin sayı 2,2 dəfə artıb

03.11.22 16:30 768
Bu il Azərbaycana gələn turistlərin sayı 2,2 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı 118 % artaraq 1 323 416 nəfərə çatıb.

“Kaspi” bu barədə Dövlət Turizm Agentliyinin (DTA) məlumatına istinadən xəbər verir.

Bildirilir ki, bu ilin oktyabr ayı ərzində ölkəyə 160 467 turist gəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 % çoxdur.

Oktyabr ayı ərzində Azərbaycana gələn turistlərin təxminən 345 %-i, yəni 54,1 mini Rusiyanın payına düşür. Bu sıralamada ikinci yeri 28,3 min nəfərlə Türkiyə, üçüncü yeri isə 15,3 min nəfərlə İran tutur.

Sıralamada növbəti yerləri Hindistan (9,4 min), Gürcüstan (8,5 min), Pakistan (5,6 min), Səudiyyə Ərəbistanı (4,1 min), Özbəkistan (3,2 min), Qazaxıstan (3,1 min), İsrail (2,5 min), Belarus (2,4 min), Ukrayna (2,3 min), Birləşmiş Ərəb Əmirlikləri (2,2 min), Birləşmiş Krallıq (1,6 min) və Türkmənistan (1,4 min) yer alıb.

Qeyd edilən dövrdə Azərbaycanı seçən ziyarətçilərin regionlar üzrə payına gəlincə bu kateqoriyada da liderliyi 33,7 %-lə Rusiya edir. Sonrakı yerləri Türkiyə (17,6 %), Asiya (16,4 %), İran (9,5 %), Avropa (7,8 %), Yaxın Şərq (7,7 %) və digər regionlar (1,9 %) qərarlaşıb.

banner

Oxşar Xəbərlər