• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

18.12.18 15:00 430
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib
2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib.
AZƏRTACxəbər verir ki, bunu dekabrın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
Dövlət Xidmətinin rəisi ilin yekununa həsr olunmuş mətbuat konfransında sualları cavablandırarkən bildirib ki, kredit ayrılan sahələr üzrə heyvandarlıq və bağçılıq ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.
Mirzə Əliyev qeyd edib ki, kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirinin formalaşdırılması məqsədilə fermerlərin təklif etdikləri 17 layihə təsdiqlənib, onlardan 8-i ilə müqavilə imzalanıb.
banner

Oxşar Xəbərlər