• cümə, 19 Aprel, 13:29
  • Baku Bakı 25°C

Bu il 3 milyard manat sosial ödənişlər edilib

24.07.20 15:30 765
Bu il 3 milyard manat sosial ödənişlər edilib
Sosial sahənin dövlət üçün prioritet olması bu sahəyə ayrılan vəsaitlərin həcmində də özünü aydın göstərir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyytlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, 2020-ci ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.
Bu, ötən 6 ayın hər ayı üzrə 510 milyon manat, hər günü üzrə 17 milyon manat, hər saatı üzrə 710 min manat vəsait ödənişi deməkdir.
banner

Oxşar Xəbərlər