• cümə axşamı, 25 aprel, 15:51
  • Baku Bakı 23°C

Bu günün HAVASI mülayim və yağmursuz olacaq

19.01.19 09:45 493
Bu günün HAVASI mülayim və yağmursuz olacaq
Bu gün havanın mülayim, yağmursuz olacağı proqnozlaşdırılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bu gün hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər