• cümə axşamı, 28 mart, 18:33
  • Baku Bakı 13°C

Bu günün havası - 28 dərəcəyə qədər isinəcək

14.09.19 09:21 497
Bu günün havası - 28 dərəcəyə qədər isinəcək
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında 24-27, Bakıda 24-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aranda 23-28, dağlarda isə 10-15 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər