• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

10.08.20 11:52 538
Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə aparılacaq. Müsabiqədə iştirak etmək ödənişsizdir.
Bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) elektron ərizəni doldurmalıdır.
Elektron sənəd qəbulundan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslərin əlilliyini təsdiq edən sənəd, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd tələb olunur.
Müsabiqənin nəticələri avqustun 25-də elan olunacaq və qəbul olunan namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrələrə sms gələcək.
banner

Oxşar Xəbərlər