• çərşənbə, 24 Aprel, 04:46
  • Baku Bakı 14°C

Bu gün Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası başlayır

05.12.19 14:30 623
Bu gün Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası başlayır
Dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.
AZƏRTACxəbər verir ki, toplantıda qlobal neft tədarükü və aşağı tələbat məsələləri müzakirə ediləcək. İclasda OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirləri iştirak edəcək.
OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası isə bu gün qapalı keçiriləcək və üzv ölkələrin istehsal kvotalarının monitorinqi məsələsi müzakirə olunacaq.
OPEC Nazirlər Şurasının 177-ci iclasında qlobal neft bazarındakı mövcud tədarük bolluğu və aşağı neft tələbatının qiymətləndirilməsi gözlənilir. Görüşdən sonra bəzi nazirlər jurnalistlərin suallarını cavablandıracaq.
Dekabrın 6-da isə OPEC və qeyri-OPEC ölkələri ("OPEC plus”) nazirlərinin 7-ci görüşü, sonra isə mətbuat konfransı keçiriləcək. İclasda Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-in müzakirə edəcəyi ən vacib məsələlər hasilatın azaldılması üzrə müqaviləsinin müddətinin uzadılması və istehsal məhdudiyyətlərinin həcminin artırılması olacaq.
Rusiya başda olmaqla qeyri-OPEC ölkələri isə kartelin qərarını dəstəkləyib-dəstəkləməməyi müzakirə edəcək.
Xatırladaq ki, ötən ilin dekabrında OPEC-ə üzv ölkələrdə üzrə neft hasilatının gündəlik orta hesabla 800 min barrel azaldılması qərara alınıb, bu həcmin 500 min barreli Səudiyyə Ərəbistanı tərəfindən qarşılanıb.
Razılaşmaya əsasən, OPEC-ə daxil olmayan ölkələr isə neft istehsalını sutkada orta hesabla 400 min barrel azaltmağa razı olub və Rusiya bu həcmin 228 min barrelinə cavabdehlik götürüb.
Sazişin müddəti bu il iyulun 1-dən 2020-ci ilin birinci rübünün sonunadək uzadılıb.
banner

Oxşar Xəbərlər