• cümə axşamı, 25 aprel, 02:27
  • Baku Bakı 19°C

Bu gün tanınmış azərbaycanlı futbolçunun toyudur

26.08.13 15:59 1322
Bu gün tanınmış azərbaycanlı futbolçunun toyudur
Sportnews xəbər veirr ki, "Bakı"nın son 2 matçında Elvin Məmmədov forma geyinmədi. Milinko Pantiç yarımmüdafiəçinin adını "Rəvan"la görüşdə iştirak ərizəsinə salmamışdısa, "Simurq"la matçda ehtiyatda saxladı. Bu, futbolçu ilə baş məşqçi arasında yaranan hər hansı problemlə əlaqədar deyil. 25 yaşınadək sultanlıq həvəsi ilə gəzib-dolaşan Elvin bu gün subaylığın daşını atacaq.
Belə ki, o, "Yeganə" şadlıq sarayında bəylik libası geyinəcək. Qohumları və dostlarının iştirakı ilə avqustun 18-də Tovuzda məclis quran Elvin bu dəfə Bakıdakı dostları və futbol camiəsini xeyir işinə dəvət edib.
"Bakı"nın kollektivini bütünlüklə toya çağıran oyunçunun nikah şahidi Pantiç ola bilər. Hər halda serbiyalı çalışdırıcı Azərbaycanda olduğu 2 ayda ilk dəfə məhz Elvinin toyunda iştiraka razılıq verib. Səbəbkar "İnter" və "Qarabağ"dakı tanışlarına da dəvətnamə göndərib.
banner

Oxşar Xəbərlər