• şənbə, 27 Aprel, 02:09
  • Baku Bakı 14°C

Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

02.12.21 11:00 287
Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq
GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının 37-ci iclası keçiriləcək.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlər ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçin paytaxtı Stokholm şəhərində 2-3 dekabr tarixində keçiriləcək 28-ci iclası çərçivəsində bir araya gələcəklər.
Moldova XİN-nin məlumatına əsasən, GUAM XİN başçılarının görüşü bu gün olacaq. Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq dəyərləndiriləcək, növbəti illər üçün təkliflərin müzakirəsi aparılacaq və təşkilata 2022-ci il üçün sədrlik Moldovaya təhvil veriləcək.
Qeyd edək ki, 2021-ci ildə GUAM-a Gürcüstan sədrlik edib.
Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
banner

Oxşar Xəbərlər