• cümə axşamı, 18 aprel, 21:15
  • Baku Bakı 21°C

Bu gün “Qəbələ” Lill klubu ilə Avropa Liqasında cavab görüşünü keçirəcək

04.08.16 16:43 936
Bu gün “Qəbələ” Lill klubu ilə Avropa Liqasında cavab görüşünü keçirəcək
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.
AZƏRTACxəbər verir ki, təmsilçimiz "Qəbələ” klubu da cavab oyununa çıxacaq. Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu "Lill” ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdikləri 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaqlar. Mərhələni keçmək üçün təmsilçimizə qolsuz bərabərlik də yetərli olacaq.
"Qəbələ” bunu bacardığı təqdirdə, ardıcıl üçüncü il qitə turnirinin pley-off mərhələsində ölkəmiz iki komanda ilə təmsil olunacaq.
Çempionlar Liqasında çıxışını dayandırıb, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ”a qoşulacağı halda, R.Qriqorçukun komandası ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt dörd mərhələ adlayıb, qrupa vəsiqə qazanan "Qəbələ” təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb.
Qeyd edək ki, 8-ci km stadionunda oynanılacaq matç saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər