• cümə axşamı, 28 mart, 21:16
  • Baku Bakı 13°C

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək

18.08.20 09:33 704
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
Bu gün Ağdamın "Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünə start verir.
AZƏRTAC xəbər verir ki, ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubunu qəbul edəcəklər.
Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlun olacaq.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək.
Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.
Qeyd edək ki, "Qarabağ” – "Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif” (Moldova) – "Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər