• cümə axşamı, 25 aprel, 20:51
  • Baku Bakı 21°C

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir

12.07.20 12:45 537
Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir
Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.
AZƏRTACxəbər verir ki, 27 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər "exit-poll”un nəticələrini dərc edə bilər.
Prezident postu uğrunda hazırkı lider Andjey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparırlar. Seçkilərin birinci turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb. Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.

banner

Oxşar Xəbərlər