AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün NATO sammitində Rusiya və Çinlə münasibətlər müzakirə olunacaq

Bu gün NATO sammitində Rusiya və Çinlə münasibətlər müzakirə olunacaq

Təfsilat
14 İyun 2021, 13:30 118
Bu gün Brüsseldə NATO sammitində müzakirə olunacaq mövzular açıqlanıb.
 
APA-nın xəbərinə görə, NATO Baş katibi Yens Stoltenberq tədbirdən öncə keçirdiyi brifinqdə bildirib ki, sammitdə NATO müttəfiqləri və Rusiya arasındakı münasibətlər müzakirə olunacaq.
 
""Soyuq müharibə”dən bəri Rusiya ilə münasibətlərimiz ən aşağı səviyyədədir. Bu, Rusiyanın təcavüzkar hərəkətlərinə görədir. Bu gün NATO müttəfiqləri olaraq Rusiya ilə münasibətlərimizi müzakirə edəcəyik. Əminəm ki, liderlər Rusiya ilə bağlı müdafiə və dialoq xəttini dəstəkləyəcəklər”, - deyə Y. Stoltenberq qeyd edib.
Sammitdə Çinlə bağlı müzakirələrin aparılacağını bildirən NATO Baş katibinin sözlərinə görə, adıçəkilən ölkənin hərbi gücü, artan təsiri və zorakı addımları blokun təhlükəsizliyinə təhdidlər yaradır.
 
"Biz ittifaq olaraq bu məsələyə də vahid şəkildə reaksiya verməliyik”, - deyə o vurğulayıb.

Y. Stoltenberq onu da qeyd edib ki, sammitdə NATO-nun 2030-cu il gündəliyi də müzakirə olunacaq