• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Bu gün milli həmrəylik və milli təhlükəsizlik bizim əsas şüarımız olmalıdır - İlham Məmmədov

15.03.20 11:21 529
Bu gün milli həmrəylik və milli təhlükəsizlik bizim əsas şüarımız olmalıdır - İlham Məmmədov
Bu gün dünyanı bürümüş qlobal koronavirus təhlükəsinə qarşı birgə mübarizə aparmalıyıq.
Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bütün vətəndaşlar bu təhlükəyə qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir:"Bu gün milli həmrəylik və milli təhlükəsizlik şüarı bizim əsas şüarımız olmalıdır. Azərbaycanda bu virusun yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, martın 14-ü saat 00:00-dan başlayaraq ölkəmizdə bir çox kütləvi tədbirlərin məhdudlaşdırılması tətbiq edilib. Bu, çox vacib bir məqamdır. Mən vətəndaşlarımıza müraciət edirəm. Biz bu məsələdə həmrəylik göstərməliyik. Tövsiyələrə və qaydalara əməl etmək, koronavirusa görə qoyulan məhdudiyyətlərə anlaşıqlı yanaşmaq lazımdır".
Deputat vurğulayıb ki, əhali bu virusla bağlı panikaya düşməməlidir:"Azərbaycan güclü dövlətdir. Ölkəmiz dünyanı bürüyən bu bəlaya qarşı mübarizə aparmaq iqtidarındadır. Azərbaycan bu bəlaya qarşı mübarizə aparmaq üçün kifayət qədər ehtiyyatlara malikdir, həm maddi, həm mənəvi dəstəyimiz var, cənab Prezident görülən tədbirlərə şəxsən nəzarət edir".
İ.Məmmədov vurğulayıb ki, bəziləri bugünkü vəziyyətdən istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışırlar:"Bildiyiniz ki, bü günlərdə koronavirusa görə dünyada neftə olan tələbat azalıb və bu da neft qiymətlərinin düşməsinə səbəb olub. Bəzi ünsürlər, təxribatçılar bu vəziyyətdən istifadə edib ölkəmizə qara yaxmaqla guya nəsə əldə edəcəklərini düşünürlər. Ancaq bu olduqca yalnış təsəvvürdür. Əhali bu cür təxribatçılara, eyni zamanda hər hansı səs yazılarına, təxribat xarakterli çağırışlara inanmamalıdır.
Dövlətimiz güclü dövlətdir və dövlətin əsas vəzifəsi xalqın təhlükəsizliyini qorumaqdır. Cənab Prezidentimiz hər dəfə bildirir ki, "bizim siyasətimizin mərkəzində xalq dayanır". Əminəm ki, Azərbaycan bu vəziyyətdən də alnıaçıq çıxacaq".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
banner

Oxşar Xəbərlər