• şənbə, 20 Aprel, 07:31
  • Baku Bakı 14°C

Bu gün Millətlər Liqasının ikinci turuna yekun vurulacaq

08.09.20 13:15 639
Bu gün Millətlər Liqasının ikinci turuna yekun vurulacaq
Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulacaq.
AZƏRTACxəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.
Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. İlk turda millimiz öz meydanında Lüksemburq yığmasına məğlub olub (2:1), Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub (0:2).
Günün ən maraqlı görüşü "Stad de Frans” stadionunda oynanılacaq. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya seçmələri üz-üzə gələcəklər.
A Liqasının ikinci turunda Belçika yığması İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edəcək.
Digər qarşılaşmaları aşağıdakılardır:
A liqası (3-cü qrup)
İsveç – Portuqaliya.
C liqası (1-ci qrup)
Kipr – AZƏRBAYCAN;
Lüksemburq – Monteneqro.
C liqası (2-ci qrup)
Gürcüstan – Şimali Makedoniya;
Ermənistan – Estoniya.
D liqası (2-ci qrup)
San-Marino – Lixtenşteyn.
banner

Oxşar Xəbərlər