Bu gün ilin ilk Ay tutulması baş verəcək

Bu gün ilin ilk Ay tutulması baş verəcək

Təfsilat
10 Yanvar 2020, 11:52 125
İlin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.