• şənbə, 20 Aprel, 18:13
  • Baku Bakı 24°C

Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

24.03.20 13:36 1114
Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 24-ü gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.
Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.
banner

Oxşar Xəbərlər