• çərşənbə, 02 Iyul, 07:04
  • Baku Bakı 23°C

Bu gün Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq

27.01.18 09:30 464
Bu gün Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq
Yanvarın 27-si, axşam saatlarında Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə yerli vaxtla saat 08:00-dən 14-dək davam edəcək.

Səsvermənin ikinci turunda prezident postu uğrunda hazırkı prezident Miloş Zeman və Çexiya Milli Akademiyasının sabiq rəhbəri, professor İrji Draqoş mübarizə aparır. Səsvermənin ikinci turuna yanvarın 26-da start verilib.

Yanvarın 12-13-də keçirilmiş birinci turda M.Zeman 38,56%, İ.Draqoş isə 26,6% səs toplayıb.

Qeyd edək ki, Çexiyada prezident 5 il müddətinə seçilir.
banner

Oxşar Xəbərlər