• cümə, 19 Aprel, 05:47
  • Baku Bakı 18°C

Bu gün Çempionlar Liqasının finalı olacaq

25.05.13 10:11 1625
Bu gün Çempionlar Liqasının finalı olacaq
Apasport.az saytının məlumatına görə, Almaniya klubları - “Bavariya” və “Borussiya” Avropanın ən nüfuzlu klub turnirində kimin güclü olduğunu müəyyənləşdirəcək.
Münhenlilər turnirdə 5-ci, dortmundlular isə 2-ci qələbəsini qazanmağa çalışacaqlar.
Son Almaniya çempionu “Bavariya” favorit göstərilsə də, “Borussiya”nın qələbəsi də sensasiya sayılmayacaq. Çünki “Borussiya” əvvəlki 2 mövsümdə Almaniya çempionatında münhenlilərlə qızıl medallar uğrunda mübarizədə qalib olub.
90 minlik “Uembli” isə 7-ci dəfə ÇL-nın finalını qəbul edəcək.
Çempionlar Liqası, final
25 may
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Nikola Rizzoli (İtaliya)
London. “Uembli” stadionu
Qeyd edək ki, ÇL-də 1 dəfə - 1998-ci ildə üzləşən rəqiblərin 1/4 finaldakı dueli “Borussiya”nın qələbəsi ilə nəticələnib – 1:0.
banner

Oxşar Xəbərlər