• cümə, 19 Aprel, 19:26
  • Baku Bakı 24°C

Bu gün DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

10.10.16 09:15 1209
Bu gün DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III turun daha 9 oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, günün əsas diqqət çəkən oyunu Hollandiya Fransa arasında olacaq.

İki oyundan sonra 4 xala malik nəhənglərin dueli maraqla gözlənilir.

Eyni xala malik İsveç isə bunlardan geri qalmamaq üçün doğma divarlar arasında Bolqarıstana qalib gəlməlidi.

B qrupunda isə ilk iki pillədə qərarlaşmış İsveçrə və Farer Adaları uyğun olaraq Andorra və Portuqaliya ilə üzləşəcəklər.

C qrupunun liderləri Belçika və Yunanıstan isə səfərdə oynayacaqlar. Rəqiblər isə Cəbəllütariq və Estoniya olacaq.


DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası

A qrupu
III tur, 10 oktyabr
22:45. Belarus – Lüksemburq
22:45. İsveç – Bolqarıstan
22:45. Hollandiya – Fransa
B qrupu
III tur, 10 oktyabr
22:45. Andorra – İsveçrə
22:45. Latviya – Macarıstan
22:45. Farer adaları – Portuqaliya

H qrupu
III tur, 10 oktyabr
22:45. Cəbəllütariq – Belçika
22:45. Estoniya – Yunanıstan
22:45. Bosniya və Herseqovina – Kipr

banner

Oxşar Xəbərlər