• cümə axşamı, 25 aprel, 20:51
  • Baku Bakı 21°C

Bu gün Beynəlxalq Pestisidlərlə Mübarizə Günüdür

03.12.17 18:32 2330
Bu gün Beynəlxalq Pestisidlərlə Mübarizə Günüdür
Dekabrın 3-ü Beynəlxalq Pestisidlərlə Mübarizə Günüdür.
AZƏRTACxəbər verir ki, Beynəlxalq Pestisidlərlə Mübarizə Şəbəkəsi bu günü 1998-ci ildə dekabrın 3-də "Qlobal Pestisidsiz Gün” şüarı ilə başladıb. Buna səbəb 1984-cü ildə Hindistanın Bhopal şəhərindəki pestisid zavodunda baş vermiş ekoloji fəlakəti xatırlamaq idi. Həmin faciə zamanı 500 mindən çox sakin yaralanıb və 20 min nəfər isə həlak olub. Xroniki xəstəliklər sağ qalanlarda hələ də davam edir.
Bhopal faciəsi tarixin ən dəhşətli ekoloji fəlakətlərindən biri hesab olunur. Dünyada pestisidlərin istehsalı davam etdikcə onun insanlara və ətraf mühitə dağıdıcı təsiri də artmaqdadır. Pestisid zəhərlənmələrinin xərçəng, xroniki xəstəliklərə səbəb olması və endokrin sisteminə mənfi təsiri ciddi narahatlıq doğurur.
banner

Oxşar Xəbərlər