• cümə, 29 Mart, 12:32
  • Baku Bakı 14°C

Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır

21.08.19 15:15 11696
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
Avqustun 21-də BMT-nin Terrorizm Qurbanlarının Xatirəsini Anma Günüdür.AZƏRTACtəşkilatın saytına istinadla xəbər verir ki, hazırda bir çox ölkələr terror aktlarına məruz qalır, lakin qurbanların sayı əsasən bir neçə ölkədə cəmləşib. İnkişaf etmiş dövlətlər də bu qlobal bəla ilə mübarizə üçün yetərincə səy göstərmirlər. Terror qurbanlarına maddi, mənəvi və psixoloji yardım göstərilməsi də arzuolunan səviyyədə deyil.
BMT-nin bəyanatında qeyd olunur ki, terror qurbanlarının dəstəklənməsi və onların hüquqlarının müdafiəsi hər bir dövlətin vəzifəsidir. Təşkilatın Baş Assambleyası iki ildə bir dəfə Qlobal Antiterror Strategiyasının icmalını təqdim edir və XXI əsrdə bəşəriyyətin ən ağrılı problemi olan terrorizmə qarşı mübarizə istiqamətlərini müəyyən edir.
BMT-nin bu məsələyə dair A/RES/72/284 qətnaməsində də vurğulanır ki, təşkilata üzv dövlətlər terrorizmə qarşı mübarizəni öz milli strategiyalarına daxil etməli, qurbanlara hər cür yardım göstərməlidirlər. Bundan başqa, Baş Assambleya bu problemlə bağlı daha üç qətnamə qəbul edib.
Avqustun 19-dan 30-dək BMT-nin Antiterror idarəsi və Terror qurbanlarının dostları qrupu Nyu-Yorkda geniş sərgi təşkil edib. Avqustun 21-də təşkilatın baş katibi Antonio Quterreş bu tədbirdə çıxış edəcək. Avqustun 20-də isə BMT-nin müvafiq strukturları və Kamerunun təşkilatın yanındakı Daimi nümayəndəliyi "Boko haram” terrorçularının törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmi təqdim ediblər.
banner

Oxşar Xəbərlər