• çərşənbə axşamı, 16 aprel, 08:32
  • Baku Bakı 14°C

Bu gün “Bavariya“ “Barselona“ya qarşı oynayacaq

24.07.13 09:51 1736
Bu gün “Bavariya“ “Barselona“ya qarşı oynayacaq
Milli.Az-ın məlumatına görə, söhbət Almaniyanın "Bayern" (Münhen) və İspaniyanın "Barselona" komandalarının keçirəcəyi yoldaşlıq oyunundan gedir.
Qarşılaşma saat 21.15-də başlayacaq və İdman Azərbaycan telekanalıyla canlı yayımlanacaq.
Xatırladaq ki, bu iki komanda ötən mövsüm Çempionlar Liqasının yarımfinalında qarşılaşmışdı, münhenlilər Kataloniya klubunu cəmi 7:0 (4:0) (0:3) hesabı ilə darmadağın etmişdilər.
Münhendə keçiriləcək görüş Almaniya klubunun prezidenti Uli Hönessin 60 yaşının tamam olması münasibətilə baş tutacaq.
"Bavariya"nı meydana "Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiola çıxaracaq, Kataloniya klubunu isə baş məşqçinin köməkçisi Xordi Roura oyuna hazırlayıb.
banner

Oxşar Xəbərlər