• çərşənbə axşamı, 16 aprel, 16:10
  • Baku Bakı 19°C

Bu gün Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir

18.03.19 13:22 502
Bu gün Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir
Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.
Trend-in məlumatına görə, toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.
İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziriPərviz ŞahbazovOPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini Azərbaycanın bundan sonra da dəstəkləməyə hazır olduğunu deyib.
Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində və dünyada enerji təhlükəsizliyinin təmin olunmasında tarixi rolunu göstərir.
Öz növbəsində, Rusiyanın energetika nazirinin müaviniPavel Sorokinümidvar olduğunu bildirib ki, bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə olunması və sazişin ilk altı ayı ərzində gələcək addımların müzakirəsi üçün növbəti addım olacaq.
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziriXalid Əbdüləziz əl-Falihiclasın Bakıda, neftin vətənində keçirildiyi üçün şad olduğunu deyib.
banner

Oxşar Xəbərlər