• cümə, 29 Mart, 08:37
  • Baku Bakı 5°C

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq

16.10.17 10:10 1336
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq
Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləriİlham ƏliyevvəSerj Sarkisyanarasında növbəti görüş keçiriləcək.
APA-nın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləriATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşəcəklər.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
banner

Oxşar Xəbərlər