• cümə axşamı, 28 mart, 14:38
  • Baku Bakı 16°C

Bu əsrin ortalarınadək etibarlı tədarük təmin ediləcək

20.02.19 15:38 519
Bu əsrin ortalarınadək etibarlı tədarük təmin ediləcək
Azərbaycanda "Şahdəniz” və "Şəfəq-Asiman” qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.
O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm "Şahdəniz” yatağında, həm də "Azəri-Çıraq-Günəşli” (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:
"Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və "Şahdəniz” layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik”.
M.Zangi bildirib ki, SOCAR-la birgə BP Xəzər regionunda neft-qaz ehtiyatlarının hasilatını davam etdirəcək. O əlavə edib ki, "Şəfəq-Asiman” yatağında çətin quyunun qazılması, eləcə də 2020-ci ildə "Şahdəniz”də kəşfiyyat quyusunun qazılması gözlənilir. Bu iki layihə Xəzər qazının əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək:
"Biz Abşeron yarımadasında dayaz sularda seysmik kəşfiyyatı başa çatdırmışıq və bu ilin sonunda üç perspektiv sahənin qazılmasına başlamağı planlaşdırırıq. Gələn il D230 blokunda seysmik-kəşfiyyat işləri keçiriləcək. Ofşor layihələrə əlavə olaraq bizim quruda da layihələrimiz var. Biz Azərbaycanda ilk dəfə "Qobustan” yatağında quruda qazma işlər aparacağıq”.
banner

Oxşar Xəbərlər