• cümə axşamı, 28 mart, 22:52
  • Baku Bakı 13°C

“Bu davranış onların nadanlığından xəbər verir”

10.01.19 11:35 728
“Bu davranış onların nadanlığından xəbər verir”
"Tuluza”nın prezidenti Olive Sadran "Barselona” rəhbərliyini kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Oliveni narazı salan məqam "Tuluza”nın futbolçusu Jan-Kler Todibo ilə bağlı yaşananlar olub. Futbolçu "Barselona” ilə müqavilə bağlayıb və yayda bu kluba keçəcək.
"Barsa” rəhbərliyi isə keçidlə bağlı indidən məlumat yayıb. "Tuluza” prezidenti isə bunu top-kluba yaraşmayan hərəkət adlandırıb:
"Onlar özlərini top-klub kimi aparmadılar. Onlar yalnız yayda baş tutacaq keçid barədə indi məlumat yaydılar. Kimsə 6 aydan sonra nə olacağı barədə dəqiq nəsə deyə bilər?
Həyat sürprizlərlə doludur. Üstəlik, xoş olmayan sürprizlərlə də. Bu davranış onların nadanlığından xəbər verir. Belə hərəkət böyük kluba yaraşmır, hətta onların buna hüququ haqqı olsa belə”.
banner

Oxşar Xəbərlər