• cümə, 19 Aprel, 18:21
  • Baku Bakı 24°C

Bu avtoqol ona ömrü boyu əzab verəcək - Video

11.10.17 13:50 2880
Bu avtoqol ona ömrü boyu əzab verəcək - Video
ABŞ yığmasının müdafiəçisi Omar Qonsales DÇ-2018-in seçmə mərhələsində Trinidad və Tobaqo ilə keçirilən oyunda vurduğu avtoqol barədə danışıb.
Kaspi.az xəbər verir ki, ABŞ yığması bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, DÇ-yə vəsiqə qazana bilməyib. Baxmayaraq ki, ABŞ-a bir xal da kifayət edirdi. Omar Qonsales isə öz qapısına qol vurmaqla yadda qalıb. Müdafiəçi bildirib ki, bu avtoqol ona daim əzab verəcək:
"Bu avtoqol mənə bütün həyatım boyu əzab verəcək. Hətta nə hiss etdiyimi izah etmək üçün söz də tapa bilmirəm. Bayram olmalyıdı, ancaq əvəzində...
Bu, çox qorxuludur. Bütün azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizə inanırdılar. Biz isə onların ümidlərini doğrulda bilmədik”.
banner

Oxşar Xəbərlər