• şənbə, 20 Aprel, 09:22
  • Baku Bakı 14°C

BTQ-nin tranziti ilə bağlı saziş təsdiqləndi

19.08.22 09:15 899
BTQ-nin tranziti ilə bağlı saziş təsdiqləndi

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi üçün ilkin məlumat mübadiləsi haqqında saziş imzalayıblar.

Sənəd Bakıda üç ölkənin hökumətləri arasında Gömrük üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imzalanıb.

Sənəd hər üç dövlətin ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzitlə daşınan mallar üçün gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsinə yönəlib.

banner

Oxşar Xəbərlər