• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

BSU-da “500 Mandarin” aksiyası keçirilib

23.12.16 17:44 1725
BSU-da “500 Mandarin” aksiyası keçirilib
Bakı Slavyan Universitetində (BSU) "500 Mandarin” aksiyası keçirilib. Aksiyanın təşkilatçısı pedaqoji fakültənin IV kurs tələbəsi Arzu Quliyeva bildirib ki, aksiyanın məqsədi sessiya imtahanları qabağı tələbələrə stimul vermək və onları qarşıdan gələn yeni il münasibəti ilə təbrik etməkdir. O qeyd edib ki, universitetin bufetində 500-dən çox mandarin "Merry christmas” emblemi ilə tələblərə pulsuz paylanılıb.
"500 Mandarin” aksiyası BSU-nun müəllim və tələbələrinin böyük marağına səbəb olub. Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova da aksiyaya qoşularaq gənclərə yaxından dəstək olub.
Aksiyanın iştirakçıları dərs zamanı auditoriyaya daxil olaraq tələbələrə mandarin paylayıblar. Aksiyada BSU tələblərinə dəstək olmaq üçün Kiyev Milli Universiteti, Bakı İdarəetmə və Texnologiya Kolleci, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin tələbələri də iştirak ediblər.
banner

Oxşar Xəbərlər