• şənbə, 20 Aprel, 08:31
  • Baku Bakı 14°C

Brüssel Ermənistana qarşı

31.01.18 19:22 754
Brüssel Ermənistana qarşı
Brüssel Yerevan qarşısında Metsamor Atom Elektrik Stansiyasını bağlamaq tələbini qoyub. Qurumda hesab ediblər ki, stansiya təhlükəsiz hesab edilə bilməz. Ötən əsrin 90-cı illərində inşa edilən stansiya sovet layihəsi üzrə tikilib. Ermənilər hər vəchlə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, AES təhlükəsizdir və Ermənistanın enerjiyə olan tələbatının 40 faizini ödəyir.
Avropa İttifaqı analoji tələbi bir neçə il bundan qabaq Litva qarşısında qaldırıb və qarşı tərəf də bu tələbi yerinə yetirib. Ölkə İqnalin AES-i bağladıqdan sonra elektrik enerjisini idxal etmək zərurətini yaşamalı olmuşdu. Rəsmi Yerevan isə hələ ki tələbləri yerinə yetirməkdən boyun qaçırır. Belə olan halda, ermənilər Qərbin maliyyə yardımlarından məhrum ola bilərlər. Rusiyanın "Kommersant” qəzeti yazır ki, ermənilər stansiyanı nə vaxtsa bağlamaq istəklərini bildiriblər. Lakin hələ ki başları stansiyanın fəaliyyət müddətinin 10 il uzadılmasına qarışıb. Ötən gün Yerevanda səfərdə olan Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorentsdə bəyan edib ki, Metsamor AES-in əvvəlki tək bağlanmasında israr edirlər. O bildirib ki, stansiyanın beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməsi üçün onu gücləndirmək mümkün deyil. 2017-ci il noyabrın 24-də Yerevanla Aİ arasında əldə olunan razılaşmada da qeyd olunub ki, ermənilər stansiyanı beynəlxalq standartlara uyğun vəziyyətə gətirməlidirlər. Bu, nüvə təhlükəsizliyi məsələsinə də aiddir. Metsamor AES- istismardan çıxarmaq – Avropa İttifaqı ilə Ermənistan arasında əldə olunan razılaşmanın əsas hissəsini təşkil edir. Onlar bildiriblər ki, Yerevandan bununla bağlı "yol xəritəsi”ni gözləyirlər. Eləcə də buna müvafiq təkliflər hazırlamağı istəyirlər.
Ümumiyyətlə, Ermənistanın AES-lə bağlı mövqeyi ehtiyatlılıq üzərində qurulub. Bu ölkənin energetika və təbii resurslar nazirliyinin mətbuat katibi Vasak Tarpoşyan qəzetə açıqlamasında təsdiq edib ki, Aİ ilə Ermənistan arasında danışıqların yekununda dəqiq müəyyən olunub ki, Yerevan AES-in sökülməsi ilə bağlı "yol xəritəsi” hazırlamalıdır: "Lakin bunun üçün müəyyən vaxt gərəkdir”. Nazirliyin rəsmisi əlavə edib ki, hələlik enerji blokunun fəaliyyətinin 10 il müddətinə uzadılması barədə proqram reallaşdırırlar. Bu məqsədlə Rusiya 30 mln. dollar məbləğində qrant, 270 mln. dollar isə kredit verib. İş icraçısı isə Rusiyanın "Rosatom” şirkətidir. Öz növbəsində nazir müavini Ayk Arutunyan isə hesab edir ki, Ermənistanda AES-in fəaliyyətdə olan blokunun əbədi işləyəcəyi barədə hər hansı bir illüziya olmayıb.
Yeri gəlmişkən, bu günlərdə Rusiyanın"Nezavisimaya qazeta” nəşri də yazmışdı ki, Avropa İttifaqı Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. Qəzet əlavə edib ki, ittifaq beynəlxalq aləmdə Ermənistanın "nüvəsizləşdirilməsini” dəstəkləyir. Qəzetin yazdığına görə,Brüsselbunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalınıninkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunur.
Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib. 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı kredit və qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib. Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də davam etdirir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər