• cümə, 29 Mart, 14:52
  • Baku Bakı 14°C

Britaniyalı deputat Azərbaycanda mətbuat azadlığını tənqid edənləri ikiüzlülükdə ittiham edib

22.06.21 13:37 237
Britaniyalı deputat Azərbaycanda mətbuat azadlığını tənqid edənləri ikiüzlülükdə ittiham edib
"Türkiyə, Rusiya və Azərbaycanda mətbuat azadlığını tənqid edənlər əvvəlcə öz ölkələrində baş verənlər haqda danışsınlar”.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü lord Corc Foulks yay sessiyasında "Mətbuat azadlığı, ictimaiyyətin inamı və vətəndaşların bilmək hüququ” adlı hesabatın müzakirəsi zamanı çıxış edərkən deyib.
"Başqa ölkələri tənqid etmək asandır. Məsələn, elə bizim BBC "World”-ün dünyada nə qədər güclü reputasiyası olsa da, oradakı jurnalistlərə də məhdudiyyətlər tətbiq edilir. Buna görə əvvəlcə öz ölkələrimiz haqda danışmalıyıq. Əmin olmalıyıq ki, öz ölkəmizdəki media müstəqildir. Əks təqdirdə biz başqa ölkələr barədə məsələ qaldıran zaman ikiüzlülük etmiş olarıq”, - deyə britaniyalı deputat vurğulayıb.
banner

Oxşar Xəbərlər