• şənbə, 20 Aprel, 15:12
  • Baku Bakı 23°C

Britaniya XİN rəhbərinin müavini "Brexit"ə görə istefa verib

26.03.19 12:30 365
Britaniya XİN rəhbərinin müavini "Brexit"ə görə istefa verib
Böyük Britaniya xarici işlər nazirinin müaviniAlister Berthökumətin "Brexit" prosesinə nəzarət etmək səlahiyyətini parlamentə vermək niyyətinə qarşı səs vermək üçün istefa verib.
"Report” xəbər verir ki, bu barədə "Press Association"a istinadən "Reuters" məlumat yayıb.
Agentlikdən qeyd ediblər ki, səhiyyə nazirinin müaviniStiv Braynda eyni niyyətlə öz postunu tərk edib.
Bu məsələ üzrə səsvermə parlamentin xeyrinə başa çatıb. İndi parlament bir həftə ərzində "Brexit"in necə həyata keçirilməli olduğunu müəyyən etməlidir.
banner

Oxşar Xəbərlər