• şənbə, 20 Aprel, 04:24
  • Baku Bakı 15°C

Britaniya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır

24.05.21 12:37 739
Britaniya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ixracat naziri Qrem Stüart (Graham Stuart) ilə görüşüb.
"APA-Economics"in Azərbaycan İqtisadiyyat naziriliyinə istinadən verdiyi məlumata görə, Mikayıl Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələr arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir. Qeyd edilib ki, 4-cü iclası keçirilən Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.
Görüşdə ölkədə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə "yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.
Görüşdə azad edilmiş ərazilərdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri bu işlərdə Britaniya şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
banner

Oxşar Xəbərlər