• cümə axşamı, 25 aprel, 18:10
  • Baku Bakı 21°C

Britaniya səfiri: “Yeddilik sammitinin qərarına əsasən dünya ölkələrinə 2 milyard doza vaksin paylanılacaq”

02.07.21 12:27 209
Britaniya səfiri: “Yeddilik sammitinin qərarına əsasən dünya ölkələrinə 2 milyard doza vaksin paylanılacaq”
"Yola saldığımız 1.5 il ərzində səhiyyə bütün dünya ölkələrinin danışdığı, maraqlandığı mövzu olub”.
APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində deyib.

Səfir bildirib ki, hər bir ölkə COVID-lə özünəməxsus şəkildə mübarizə aparıb: "Böyük Britaniya olaraq bu yaxınlarda dünyanın 7 böyük ölkəsinin qlobal sammitini həyata keçirdik. Bu sammitin əsas hədəfi dünyada pandemiyanın qarşısını almaq üçün ölkələrin göstərəcyi köməyi müəyyən etmək idi. Sammitdə qarşıya qoyulan əsas məqsədlərdən biri də daha tez və sürətli olaraq dünyada vaksinlərin yayılmasına köməklik göstərməkdir. Sammitdə razılaşdırılan rəqəm o idi ki, 2 milyard doza vaksin dünya ölkələrinə paylanılacaq”.
banner

Oxşar Xəbərlər