• çərşənbə axşamı, 19 mart, 12:49
  • Baku Bakı 8°C

Britaniya səfiri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

22.11.19 19:38 608
Britaniya səfiri: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik
Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tərtərdə Resurs və Təlim Mərkəzinin açılışında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
"ATƏT-in Minsk qrupu çərçivəsində hər iki ölkə arasında danışıqlar gedir. Biz münaqişənin sülh yolu ilə həllində ATƏT-in həmsədrlərinin səylərini dəstəkləyirik. Amma bu vaxt ərzində də münaqişədən əziyyət çəkən insanlara kömək etmək istəyirik. Biz Təlim Resurs mərkəzlərini məcburi köçkün icmalarda açırıq. Çünki onlar münaqişədən daha çox əziyyət çəkiblər. Britaniya hökuməti Azərbaycanın inkişafına öz dəstəyini verir", - deyə səfir Ceyms Şarp bildirib.
banner

Oxşar Xəbərlər