AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Britaniya kəşfiyyatından erməni iddialarına zərbə

Britaniya kəşfiyyatından erməni iddialarına zərbə

Siyasət
20 Dekabr 2012, 17:34 1797
Londonda saxlanılan, daha sonra isə Misirin İsgəndəriyyə Kitabxanasının arxivində qorunan Qafqazın XVIII əsrə aid xəritəsi Gəncəyə gətirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Xəritələrin özəlliyi ondadır ki, orada ermənilərlə bağlı heç bir ərazi və yer yoxdur.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmayıl Serageldinin Gəncəyə hədiyyə etdiyi bu qiymətli tarixi sənəd 1705, 1780 və 1795-ci illərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən hazırlanıb.

Müxtəlif illərdə tərtib edilib və 3 hissədən ibarət olan xəritədə Dağlıq Qarabağın Azərbaycana aid olduğu öz əksini tapıb. Xəritədə ermənilərin yaşadıqları indiki ərazilər Azərbaycanın əyaləti kimi təqdim olunub. Burada açıq-aşkar Qarabağın adının olması, Eçmiəddin ərazisinin Üçməzin, hətta Sevan gölünün üzərində Qarabağ yazılması bütün erməni iddialarını rədd edir.