• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb

25.02.20 12:52 697
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Böyük Britaniya hökuməti fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
AZƏRTACxəbər verir ki, bəyanatda Mərkəzi Seçki Komissiyasının seçkilərin şəffaf keçirilməsi ilə bağlı səyləri qeyd edilir. Sənəddə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yekun qiymətləndirmə hesabatının gözlənildiyi bildirilir.
Vurğulanır ki, Böyük Britaniya azərbaycanlı qanunvericiləri qəbul etməyə və qarşılıqlı maraq doğuran bütün məsələlərdə məhsuldar əməkdaşlıq etməklə islahatları dəstəkləməyə davam edəcək. Britaniya, həmçinin yeni parlamentlə əməkdaşlıq etməyə hazırdır.
banner

Oxşar Xəbərlər