• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

Braziliyada Hitlerin "Mənim mübarizəm" əsəri qadağan edilib

08.01.22 11:52 280
Braziliyada Hitlerin "Mənim mübarizəm" əsəri qadağan edilib
Braziliyada Rio-de-Janeyro meriyası nasist Almaniyasının rəhbəri, diktator Adolf Hitlerin "Mein Kampf” ("Mənim mübarizəm") adlı kitabının satışını, nəşrini və yayılmasını qadağan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Eduardo Paez qanun imzalayıb.
Sənədə əsasən, qadağa bütövlükdə əsərə, onun ayrı-ayrı hissələrinə çap və elektron formada şamil edilir. Qanunu pozanlar kitab satışı lisenziyasının dayandırılması və ya xitam verilməsi, xəbərdarlıq və ya cərimə ilə hədələnib.
Kitabın nəşri və paylanmasına görə 5 min real (təxminən 900 ABŞ dolları) məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, "Mein Kampf" A.Hitlerin həyatının, siyasi baxışının və milliyyətçi-sosialist fikirlərinin əks olunduğu kitabdır.
banner

Oxşar Xəbərlər