• cümə axşamı, 15 may, 10:20
  • Baku Bakı 16°C

“Bravo”dan xeyirxah addım: marketlər şəbəkəsi ehtiyacı ola tənha yaşlılara ərzaq yardımı edir

21.04.20 21:46 709
“Bravo”dan xeyirxah addım: marketlər şəbəkəsi ehtiyacı ola tənha yaşlılara ərzaq yardımı edir
"Bravo” marketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial layihəyə qoşulub.
Şirkət yaşlı nəslə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq yaşı 65-dən yuxarı olan tənha yaşlıları ərzaq məhsulları ilə təmin edib. Belə ki, bitki yağı, un, düyü, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğan və bu kimi təməl qida məhsullarından ibarət ərzaq paketləri "Bravo” marketlər şəbəkəsi əməkdaşları tərəfindən hazırlanılaraq ölkə ərazisində ehtiyacı olan 10 min ahıl şəxsə çatdırılıb.
AZƏRTACxəbər verir ki, sosial məsuliyyət prinsipinə sadiqliyini göstərərək "Bravo” marketlər şəbəkəsi bu həftə ərzində daha iki böyük addıma imza atmağı planlaşdırır. Ağdam, Oğuz, Xocavənd, Tovuz və Xaçmaz rayonlarının icra hakimiyyəti ilə birgə daha 2 min 500 ərzaq paketi adları çəkilən bölgələrin tənha yaşayan yaşlı şəxslərinə çatdırılacaq. Belə ki, layihənin nəticəsi olaraq, Tovuz rayonuna 300, Xaçmaz rayonuna 700, Ağdam, Oğuz, Xocavənd rayonlarının hərəsinə isə müvafiq olaraq 500 ərzaq paketi çatdırılacaq.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən layihə çərçivəsində "Bravo” marketlər şəbəkəsi daha 15 min ərzaq paketini ölkənin ehtiyacı olan yaşlı şəxslərinə təqdim edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə barədə daha ətraflı məlumat əldə etmək üçün 050 822 42 03/04/05/06/07/08 nömrələrinə zəng edib müraciətlərinizi ünvanlaya bilərsiniz.
Qeyd edək ki, bu təşəbbüslərin əsas məqsədi pandemiyadan qorunmaları məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırkı dönəmdə #evdəqal çağırışına dəstək göstərməkdir.
banner

Oxşar Xəbərlər