• cümə, 29 Mart, 16:21
  • Baku Bakı 14°C

BP "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır

04.02.23 17:15 1060
BP "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır

BP bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismara verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

Onun sözlərinə görə, şirkət beşinci, şimal-şərq cinahını da işə salmağı planlaşdırır.

Qeri Cons bu sayədə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin daha da artacağını hesab edir.

"Quyu proqramımız üzrə işlər də irəliləməkdədir. Planlaşdırılmış 26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb − Onlardan dörd cinah üzrə 14-ü artıq istismardadır", - regional prezident qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən, "Şahdəniz" yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.

"Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq dəyərləndirilir.

"Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: BP (operator) – 29,99 faiz, LUKOYL – 19,99 faiz, TPAO – 19 faiz, SOCAR – 14,35 faiz, NICO – 10 faiz və SGC – 6,67 faiz.

banner

Oxşar Xəbərlər