• şənbə, 20 Aprel, 15:41
  • Baku Bakı 23°C

Boris Conson Aİ-dən Brexiti yanvarın 31-dək təxirə salmağı xahiş edib

20.10.19 11:16 636
Boris Conson Aİ-dən Brexiti yanvarın 31-dək təxirə salmağı xahiş edib
Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqından Brexit prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Boris Conson bununla bağlı Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, Brexit prosesi bundan əvvəl yekunlaşacaq.
Xatırladaq ki, oktyabrın 19-da Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib və Baş nazirin üzərinə bununla bağlı Aİ-yə müraciət etmək öhdəliyi qoyub. Boris Conson isə öz növbəsində Brexitin təxirə salınması üçün Avropa İttifaqından xahiş etməyəcəyini bildirib. O, həmçinin deyib ki, ölkəni Aİ-dən oktyabrın 31-də çıxarmaq üçün hər şeyi edəcək.

banner

Oxşar Xəbərlər