• şənbə, 20 Aprel, 12:40
  • Baku Bakı 23°C

Bolqarıstanlı nazir: Regionda təhlükəsizliyə töhfə vermək lazımdır

20.06.19 12:30 329
Bolqarıstanlı nazir: Regionda təhlükəsizliyə töhfə vermək lazımdır
Regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında təbrik məktubunda bildirilir.
Y.Zaxaryeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini qeyd edib: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva bildirib ki, ölkəsi bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.
banner

Oxşar Xəbərlər