• çərşənbə, 24 Aprel, 18:32
  • Baku Bakı 23°C

Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

24.12.21 14:08 259
Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
Dekabrın 24-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rumen Radev dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər