Bolqarıstanın 14 bölgəsində qrip epidemiyası yayılıb
Bolqarıstanın 14 bölgəsində qrip epidemiyası yayılıb.
AZƏRTACxəbər verir ki, yanvarın 23-dən başlayaraq qrip səbəbindən Perşin, Kırdjalı, Pleven, Rusen, Kustendil, Sliven və Xaskovo bölgələrində məktəblərdə növbədənkənar tətillər başlayıb. Artıq Sofiya və Varna bölgələrində də qrip epidemiyasının yayıldığı edilib. Epidemiyanın digər bölgələrə yayılmaması üçün tədbirlər görülür.