çərşənbə, 29 Mart, 10:53

Baku Bakı 12°C

Bolqarıstan Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

icon 397 icon 01 fevral 2023 | 23:15 Bolqarıstan Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Fevralın 1-də Bolqarıstan parlamenti 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Milli Assambleyanın bugünkü qərarı ilə hər noyabrın son şənbə günü Qolodomor qurbanlarının xatirəsinin anılması qərara alınıb.

Təklif Bolqarıstan hökumətinin deputatlarının əksəriyyəti tərəfindən dəstəklənib.

Ukrayna Prezidenti Volodimir Zelenski Qolodomoru ukraynalıların soyqırımı kimi tanıdığına görə Bolqarıstana təşəkkür edib. Həmçinin Bolqarıstan parlamentinin qərarını Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da alqışlayıb.

Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb. (Oxu.az)