• cümə axşamı, 25 aprel, 15:57
  • Baku Bakı 23°C

Bolqar azarkeşi Afinada öldürdülər

07.01.20 12:27 556
Bolqar azarkeşi Afinada öldürdülər
Üç bolqar azarkeş Yunanıstanın Saloniki şəhərində PAOK-un fanatlarının hücumuna məruz qalıb.
Kaspi.az xəbər verir ki, təxminən 20-yə yaxın azarkeş şəhərin mərkəzində gəzən 3 bolqar fanata hücum ediblər. Onlardan birini döyərək yola atıblar. Bu vaxt onun üstündən avtomobil keçib. Sürücü hadisə yerindən qaçıb.
Ciddi xəsarət alan bolqarın həyatını xilas etmək mümkün olmayıb. Polis 14 nəfəri həbs edib. Hadisə yerindən qaçan sürücü isə axtarışa verilib.
Hadisəyə səbəb isə PAOK-un "Aris”ə məğlubiyyəti (2:4) olub. Bolqarıstanın "Botev” klubu ilə "Aris” arasında dostluq münasibətləri var. Hücuma məruz qalan fanatlar da PAOK-la qarşılaşmada "Aris”ə dəstək olmaq üçün Yunanıstana gəlibmişlər.
banner

Oxşar Xəbərlər