• şənbə, 20 Aprel, 01:48
  • Baku Bakı 15°C

Boks üzrə keçiriləcək dünya çempionatlarının şəhərlər müəyyənləşib

25.07.17 15:30 1155
Boks üzrə keçiriləcək dünya çempionatlarının şəhərlər müəyyənləşib
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rusiyanın paytaxtı Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.
Belə ki, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.
2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.
banner

Oxşar Xəbərlər