• cümə, 29 Mart, 11:32
  • Baku Bakı 5°C

BOK və ÜST idmanı dəstəkləmək üçün birgə fəaliyyət planı həyata keçirəcək

17.05.20 10:30 529
BOK və ÜST idmanı dəstəkləmək üçün birgə fəaliyyət planı həyata keçirəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərləri birgə bəyanatlarında dünya ölkələrini pandemiyaya qarşı mübarizədə idmanın rolunu gücləndirməyə çağırıblar.
AZƏRTACxəbər verir ki, BOK-un prezidenti Tomas Bax sənədin imzalanmasından sonra dünya ölkələrini bədən tərbiyəsinin dəstəklənməsini öz inkişaf proqramlarına daxil etməyə çağırıb. Qeyd edib ki, məhz koronavirus böhranı idman və bədən tərbiyəsinin ümumi sağlamlıq üçün nə qədər vacib olduğunu açıq şəkildə nümayiş etdirir.
Tomas Bax postkoronavirus dövründə idmanın inkişafı üçün ÜST tərəfindən verilən tövsiyələrin əhəmiyyətini də vurğulayıb.
ÜST-nin Baş direktoru Tedros Qebreyesus isə bu sahədə birgə fəaliyyət planı hazırlanacağını açıqlayıb. O, idmanın insanlara sağlam qalmaqda kömək etdiyini bildirərək, BOK-u bu istiqamətdə ÜST üçün təbii tərəfdaş adlandırıb.
T.Qebreyesus vurğulayıb ki, bütün dünya COVID-19 üzərində qələbə qazanmaq üçün birgə mübarizə aparmalıdır. Belə olarsa, onda bəşəriyyət gələn il Tokioda pandemiya üzərində zəfərini bayram edə biləcək.

banner

Oxşar Xəbərlər